HƏMAS: "Yeni müharibə girovların öldürülməsi deməkdir"
"İsrailin Qəzza zolağında hərbi əməliyyatları bərpa etmək qərarı girovların ölümü deməkdir".
TodayPress xəbər verir ki, bu barədə HƏMAS bəyanat yayıb.
Hərəkat ərəb və islam ölkələrindən, eləcə də beynəlxalq ictimaiyyətdən müharibəni dayandırmaq üçün tədbirlər görməyi tələb edib.
Qeyd edək ki, yanvarın 19-da İsrail və Fələstinin HƏMAS hərəkatı Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə atəşkəs elan etmək barədə razılığa gəliblər.
Razılaşmanın birinci mərhələsi martın 1-də başa çatıb və martın 2-də İsrail Qəzzaya humanitar yardımın daşınmasını dayandırıb.
Türkan İsgəndərli
tag: HƏMAS, İsrail, Ordu, Məlumat, todaypress.az,