Heqset İsrailə səfər etməyi planlaşdırır

Dünya

04.05.2025 09:30

11

ABŞ müdafiə naziri Pit Heqset prezident Donald Trampın Yaxın Şərq səfərindən əvvəl İsrailə getməyi planlaşdırır.

TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Bildirilib ki, Heqsetin mayın 12-də İsrailə gələcəyi gözlənilir. Orada o, həmkarı İsrael Katz, eləcə də İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşlər keçirmək niyyətindədir.

Bundan sonra Heqsetin Yaxın Şərq turunda Donald Trampa qoşulacağı gözlənilir.

Töhfə Səməd

tag: Pit Heqset,Donald Tramp,İsrail,Səfər,todaypress.az,