Hərbi-Gürcüstan yolu bağlandı
Gürcüstan Hərbi Magistral yolunun bir hissəsində minik və yük maşınlarının keçidinə müvəqqəti məhdudiyyət qoyulub.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məhdudiyyətlər aprelin 12-i saat 23:40-dan etibarən qüvvəyə minəcək. Baş İdarənin məlumatına görə, yol Gürcüstanda hava şəraitinin pisləşməsi ilə əlaqədar bağlanıb.
Respublikanın sərhəd polisi Vladiqafqaz-Lars hissəsində bütün növ nəqliyyatın hərəkətini dayandırmağa çağırıb.
Nəqliyyatı İdarəetmə Mərkəzindən bildirilib ki, hazırda qeyd olunan keçid məntəqəsindən keçmək üçün 3000-ə yaxın yük maşını növbə gözləyir.
Onların çıxarılması barədə ayrıca məlumat veriləcək.
Xatırladaq ki, Gürcüstan Hərbi Magistralı Rusiya Federasiyasını Gürcüstan və Ermənistan respublikaları ilə birləşdirən yeganə quru yoludur.
Hava şəraiti ilə əlaqədar səlahiyyətlilər təhlükəsizlik məqsədi ilə tez-tez yolu nəqliyyatın hərəkətinə bağlayır. Bu marşrut üzrə səyahət sonuncu dəfə martın 20-də dayandırılıb.
Töhfə Səməd
tag: Hərbi,Gürcüstan,Yol,Bağlanma,Todaypress.az,