Hərbi təyyarə qəzaya uğradı: Pilotlar öldülər

Dünya

05.03.2025 12:24

1649

Filippin Hərbi Hava Qüvvələrinə məxsus FA-50 qırıcısı üsyanla mübarizə missiyası zamanı qəzaya uğrayıb. Hadisə nəticəsində iki pilot həyatını itirib.

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, qırıcı martın 4-də gecə yarısından sonra Bukidnon əyalətində digər təyyarələrlə əlaqəni itirib. 

Axtarış-xilasetmə əməliyyatı zamanı təyyarənin qalıqları və pilotların cəsədləri martın 5-də Kalatunqan dağlarında aşkar edilib. Qəzanın səbəbi araşdırılır.

Təhlükəsizlik tədbiri olaraq digər 11 ədəd FA-50 müvəqqəti olaraq uçuşdan çıxarılıb.

Xatırladaq ki, Filippin 2014-cü ildə hərbi modernləşdirmə proqramı çərçivəsində Cənubi Koreyadan 12 FA-50 qırıcısı alıb.

Təyyarələr daxili təhlükəsizliyi gücləndirmək və Cənubi Çin dənizində dəniz sərhədlərini qorumaq məqsədilə istifadə olunur.

Nicat Osman

tag: Filippin,Təyyarə,Qəza,Pilot,Ölüm,Todaypress.az,