Hərbi yardım 21 milyard avroya çatacaq
Ukraynaya göstəriləcək hərbi yardımın həcmi 21 milyard avroya çatacaq.
TodayPress xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Kir Starmer məlumat verib.
Qərar 50-dən çox ölkənin iştirak etdiyi və “Ramştayn formatı” adlandırılan Ukraynaya hərbi yardım üzrə təmas qrupunun iclasında qəbul edilib.
Brüsseldə keçirilən toplantıya Almaniya və Böyük Britaniya sədrlik edib.
Təmas qrupunda NATO ölkələri, Avropa İttifaqının əksər üzvləri, eləcə də Afrika və Asiyanın bir sıra dövlətləri təmsil olunur.
Qiymət Mahir
tag: Ukrayna,Britaniya,Milyard,Dollar,Todaypress.az,