Hindistan 24 hava limanını bağladı

Dünya

09.05.2025 14:10

15

Hindistanın şimalında Pakistanla artan hərbi gərginlik fonunda 24 hava limanı müvəqqəti olaraq mülki uçuşlar üçün bağlanıb. 

TodayPress xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Məlumata görə, Racastan ştatının Codpur şəhəri, Pəncab ştatının Ludhiana və Amritsar şəhərlərindəki hava limanları sərnişin daşımaları üçün bağlanıb. Bu səbəbdən "Air India", "IndiGo" və "SpiceJet" kimi əsas Hindistan aviaşirkətləri 100-dən çox reysi ləğv edib.

Bildirilir ki, mülki aviasiyanın fəaliyyəti mayın 10-da səhər saatlarında bərpa oluna bilər.

Türkan İsgəndərli

tag: Hindistan,Pakistan,Kəşmir,Hava hücumu,todaypress.az,