Hindistan ABŞ ilə razılaşdı: Tariflər azaldılır
Hindistan ticarət müharibəsindən qaçmaq üçün ABŞ avtomobillərinə tətbiq edilən tarifləri azaltmağa razılaşıb.
TodayPress xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.
Baş nazir Narendra Modinin ABŞ prezidenti Donald Trampla keçirdiyi sammit zamanı Hindistan tərəfi ölkələr arasında ticarətin 2030-cu ilə qədər 500 milyard dollara yüksəlməsinə kömək etmək üçün bəzi kənd təsərrüfatı məhsulları da daxil olmaqla, dərin tarif endirimlərinə getməyə hazır olduğunu bildirib.
Yeni Dehli premium motosikletlərə rüsumları 110 faizdən 100 faizə və Amerika burbonuna rüsumları 50 faizdən 30 faizə endirməyə və müəyyən həcmdə mərcimək və noxud idxalına sıfır tariflər tətbiq etməyə hazırlaşır.
Qeyd edək ki, Tramp Çin, Braziliya, Hindistan, Meksika, Kanada kimi ölkələrin onilliklər ərzində Amerika mallarına rüsumlar tətbiq etdiyi üçün aprelin 2-də qüvvəyə minəcək idxal mallarına yeni tariflərin tətbiqini ədalətli adlandırıb.
Töhfə Səməd
tag: ABŞ,Tramp,Hindistan,Modi,Todaypress.az,