Hindistan ABŞ-yə güzəştə getməyə hazırdır
Hindistan gələcək ticarət danışıqlarında ABŞ-yə daha əlverişli şərtlər təklif etməyə hazır olduğunu bildirib.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, Yeni Dehli Vaşinqtona "ən əlverişli ölkə" statusu verməyə razıdır.
Bu status ABŞ-nin Hindistanın digər ölkələrlə əldə etdiyi tariflərdən avtomatik faydalanmasını təmin edəcək.
Həmçinin bu bəndin Vaşinqtonla gələcək sazişləri təminat altına almağın yeganə yolu olduğu bildirilir.
Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Hindistana səfəri zamanı bildirib ki, tərəflər artıq gələcək ticarət sazişinin əsas prinsipləri üzərində razılığa gəliblər.
Xatırladaq ki, tərəflər arasındakı dialoq, Tramp administrasiyasının Hindistan mallarına 26 faizlik tarif tətbiq etməsindən sonra başlayıb.
Aysel Mətləb
tag: ABŞ,Hindistan,Güzəşt,Yeni Dehli,Todaypress.az,