Hindistan beynəlxalq vasitəçiliyi rədd edir
Hindistan Kəşmir mübahisəsində üçüncü tərəfin vasitəçilik etməsini qəbul etmədiyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə Hindistanın Sinqapurdakı ali komissarı Şilpak Ambule "Bloomberg"ə müsahibəsində danışıb.
O bildirib ki, bu, yalnız Hindistan və Pakistan arasında ikitərəfli məsələdir. Ali komissarın sözlərinə görə, Hindistan və Pakistan arasında daha əvvəl əldə olunan atəşkəs razılaşması da hər iki ölkənin hərbi nümayəndələrinin birbaşa danışıqları nəticəsində baş verib.
Türkan İsgəndərli
tag: Hindistan,Pakistan,Kəşmir,Sülh,todaypress.az,