Hindistan hərbi dəniz bazası tikir

Dünya

09.04.2025 19:35

15

Hindistan nüvə imkanlarını artırmaq üçün gizli dəniz bazası qurmağa başlayıb.   

TodayPress xəbər verir ki, bu barədə "RBC" məlumat yayıb. 

Bildirilib ki, baza ölkənin strategiyasının əsas elementi olacaq. 

Plana əsasən, baza Hindistan arsenalının nüvə komponentini dəstəkləməklə regional rəqiblərin, xüsusilə də Çindən gələn təhdidlərə tez cavab vermək qabiliyyətini artıracaq. 

Bu yer yüksək təhlükəsiz infrastruktur elementləri, yeraltı dayanacaq sahələri, tunel şəbəkələri və gizli əməliyyatlar üçün limanlarla təchiz olunub. 

Türkan İsgəndərli

tag: Hindistan ,RBC,Plan,Nüvə,Todaypress.az,