Hindistan: Pakistan sursat çatışmazlığı ilə üzləşir
Pakistan ordusu Ukraynaya edilən sursat tədarükü səbəbindən artilleriya mərmilərinin ciddi qıtlığını yaşayır.
TodayPress xəbər verir ki, bu barədə Hindistanın “ANI” agentliyi məlumat yayıb.
Agentliyin mənbələrinə əsasən, Hindistanla hərbi gərginliyin intensivləşəcəyi halda, Pakistanın mövcud mərmi ehtiyatı cəmi dörd günə kifayət edəcək.
Qeyd edək ki, Hindistanla Pakistan arasında artan gərginlik BMT Təhlükəsizlik Şurasının 5 may tarixli iclasında əsas müzakirə mövzularından biri olacaq.
Qiymət Mahir
tag: Pakistan,Ukrayna,Hindistan,Mərmi,Sursat,todaypress.az,