Hindistan Pakistana qarşı əməliyyata başlaya bilər
Hindistanın növbəti 24-36 saat ərzində Pakistana qarşı hərbi əməliyyat keçirmə ehtimalı var.
TodayPress xəbər verir ki, bu barədə Pakistanın informasiya və yayım naziri Attaulla Tarar "X" sosial şəbəkəsində paylaşım edib.
Nazir bildirib ki, bu məlumat etibarlı kəşfiyyat mənbələrinə əsaslanır.
Onun sözlərinə görə, Hindistanın yaxın vaxtlarda hərbi müdaxiləyə başlamaq niyyəti var.
Qeyd edək ki, artıq Hindistanla Pakistan arasında sərhəddə yerləşən Cammu bölgəsində atışmalar baş verib.
Türkan İsgəndərli
tag: Hindistan,Hərbi,Atışma,Pakistan,todaypress.az,