Hindistan Pakistanla ticarətə qadağa qoydu
Hindistan hökuməti Pakistan mənşəli və ya bu ölkə üzərindən tranzitlə gələn bütün malların idxalını dərhal qüvvəyə minən qərarla qadağan edib.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bu addım iki ölkə arasında artan diplomatik gərginlik fonunda atılıb.
Hindistanın Xarici Ticarət üzrə Baş Direktorluğu qərarı “milli təhlükəsizlik və dövlət siyasətinin maraqları” ilə əsaslandırıb.
Qiymət Mahir
tag: Hindistan,Pakistan,Ticarət,Gərginlik,todaypress.az,