Hindistan qızıl monetizasiya proqramının bir hissəsini dayandırır
Hindistan hökuməti 2015-ci ildən tətbiq olunan Qızıl Monetizasiya Proqramının (GMS) bəzi komponentlərini dayandırmaq qərarına gəlib.
TodayPress xəbər verir ki, bu barədə Hindistan Maliyyə Nazirliyi rəsmi açıqlama yayıb.
Bildirilib ki, proqramın nəticələri və dəyişən bazar şərtləri nəzərə alınaraq 2025-ci ilin 26 mart tarixindən etibarən Orta və Uzun Müddətli Dövlət Qızıl Depozitləri (MLTGD) dayandırılacaq.
Qeyd edək ki, GMS proqramı 15 sentyabr 2015-ci ildə ölkənin qızıl idxalına olan asılılığını azaltmaq və ev təsərrüfatlarında və institutlarda toplanmış qızılı iqtisadi dövriyyəyə cəlb etmək məqsədilə yaradılmışdı.
Proqram çərçivəsində vətəndaşlar və qurumlar qızıl əmanəti yerləşdirir, qarşılığında faiz şəklində gəlir əldə edirdilər.
Maliyyə Nazirliyi bildirib ki, qısamüddətli qızıl depozitləri (1-3 il) (STBD) bankların kommersiya qərarlarına əsasən davam etdirilə bilər.
Qiymət Mahir
tag: Hindistan,Qızıl,Proqram,Dayanma,Todaypress.az,