Hindistan raketlərini sınaqdan keçirdi

Dünya

27.04.2025 18:10

14

Hindistan Hərbi Dəniz Qüvvələri Pakistanla artan gərginlik fonunda uğurlu gəmi əleyhinə raket sınaqları həyata keçirib.

TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilir ki, sınaqlar platformaların, sistemlərin və ekipajın uzunmənzilli dəqiq zərbələrə hazır olduğunu göstərmək məqsədi daşıyıb.

Qeyd edək ki, gərginlik Kəşmirdə baş verən və 26 nəfərin ölümü ilə nəticələnən terror hücumundan sonra artıb.

Türkan İsgəndərli

tag: Hindistan,Hərbi,Atışma,Pakistan,todaypress.az,