Hindistan Rusiya qırıcılarını Fransa ilə əvəz edəcək

Dünya

18.03.2025 17:50

1465

Hindistan və Fransa Hindistan Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün 26 ədəd “Rafale M” göyərtə qırıcısının satın alınması ilə bağlı danışıqları yekunlaşdırıb. Müqavilənin dəyəri 7,6 milyard avro təşkil edir.   

TodayPress xəbər verir ki, bu barədə “Global Defence Corp” məlumat yayıb. 

Bildirilib ki, Hindistan Hərbi Dəniz Qüvvələri köhnəlmiş rus istehsalı olan “MiQ-29K” və “MiQ-29KUB” təyyarələrini Fransa qırıcıları ilə əvəz etməyi planlaşdırır.

Müqavilənin Fransa müdafiə nazirinin aprel ayında Hindistana səfəri zamanı imzalanacağı gözlənilir. 

Qiymət Mahir

tag: Hindistan,Rusiya,Fransa,Qırıcı,Todaypress.az,