Hindistan Rusiya və İsrail silahlarından istifadə edir
Hindistan, Pakistana qarşı Rusiya və İsrail istehsalı olan silah sistemlərini yerləşdirib.
TodayPress xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.
Məlumata görə, Hindistan Pakistanın hava hücumundan müdafiəsini sıradan çıxarmaq üçün Rusiyanın "S-400 Triumf" hava müdafiə sistemi və İsrailin Harop tipli pilotsuz kamikadze təyyarələrindən istifadə edib.
Qeyd edək ki, Hindistan və Pakistan arasında 125 döyüş təyyarəsinin iştirakı ilə müasir dövrün ən böyük hava döyüşlərindən biri baş verib.
Türkan İsgəndərli
tag: Hindistan,Pakistan,Hava qüvvələri,Ordu,todaypress.az,