Hindistan təyyarələri Pakistanın üç aviabazasına raket zərbələri endirdi

Dünya

10.05.2025 06:25

14

Hindistan təyyarələri Pakistanın üç aviabazasına raket zərbələri endirib.

TodayPress xəbər veirr ki, bunu Pakistan ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin baş direktoru, general-leytenant Əhməd Şərif Çaudri bəyan edib.

“Hindistan təyyarələri Nur Xan, Murid və Rafiqi kimi tanınan Şorkot aviabazalarına raket zərbələri endiriblər” deyə o bildirib.

Çaudri zərbələrin heç bir ziyana səbəb olmadığını deyib.

Qeyd edək ki, Hindistan mayın 7-nə keçən gecə Pakistan ərazisinə və Azad Kəşmir bölgəsinə raket zərbələri endirib. İslamabad hökuməti hücumlar nəticəsində 6 mülki obyektin vurulduğunu və 26 nəfərin öldüyünü bildirib.

tag: Pakistan, Zərbə, Ordu, Azad Kəşmir, Aviabaza, todaypress.az,