Hindistan Trampın tariflərinə cavab verməkdən imtina edir
Hindistan çətin ki, ABŞ prezidenti Donald Trampın ticarət tariflərinə dərhal cavab versin. Əksinə diqqətini ticarət sazişi üzrə danışıqlara yönəldəcək.
TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinə Hindistan hökumətinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Hindistan qarşıdurma yox, dialoq axtarır. O əlavə edib ki, ölkə ABŞ ilə balanslaşdırılmış və ədalətli ticarət sazişi üzərində işləməyi planlaşdırır.
Agentliyin mənbəsi onu da bildirib ki, hazırda bütün variantlar müzakirə olunur. "Bloomberg" qeyd edir ki, Tramp və Hindistanın baş naziri Narendra Modi fevral ayında bu ilin payızına qədər ikitərəfli ticarət sazişi üzrə danışıqlar aparmaq barədə razılığa gəliblər.
Töhfə Səməd
tag: Hindistan ,ABŞ,Donald Tramp,Narendra Modi,todaypress.az,