Hindistan və Pakistan son hadisələri müzakirə etdi
Hindistan və Pakistan ordularının yüksək rütbəli zabitləri sərhəddə baş verən atışmalarla bağlı telefonla danışıb.
TodayPress xəbər verir ki, bu barədə "NDTV" kanalı məlumat yayıb.
Hindistan tərəfi Pakistan ordusunun altı gündür səbəbsiz şəkildə sərhədi atəşə tutduğunu bildirib və buna etiraz edib. Danışıq zamanı Hindistan, Pakistan ordusunun Baramulla, Kupvara və Parqval bölgələrində atəşkəsi pozduğunu qeyd edib.
Hindistan Müdafiə Nazirliyi vəziyyəti diqqətdə saxladıqlarını bildirib.
Türkan İsgəndərli
tag: Hindistan,Hərbi,Atışma,Pakistan,todaypress.az,