Hindistan XİN: "Hazırkı dünya nizamı köhnəlib"

Dünya

15.03.2025 15:00

2017

"İkinci Dünya müharibəsindən sonra yaranmış dünya nizamı köhnə və Qərb yönümlüdür".   

TodayPress xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar "Financial Times" qəzetinə müsahibəsində deyib. 

Nazir bildirib ki, yeni düzəni dünyanı 20-ci əsrin ikinci yarısında qaydaların Qərbin xeyrinə olduğu kimi deyil, indiki kimi əks etdirməlidir. 

Onun sözlərinə görə, Hindistan çoxqütblü dünyada daha yaxşı mövqe tutur, çünki o iqtisadiyyatına görə dünyanın beşinci ən böyük ölkəsinə çevrilib. 

Hindistanın xarici işlər naziri həmçinin, Qərb ölkələrinin tənqidlərinə baxmayaraq, Yeni Dehlinin Moskva ilə sıx əlaqələr saxladığını əlavə edib. 

Türkan İsgəndərli

tag: Hindistan,XİN,Dünya,Nizam,Todaypress.az,