Hindistan XİN: Ukrayna münaqişəsində neytral mövqedəyik
Hindistan müxtəlif vaxtlarda Moskva və Kiyevlə əlaqə saxlayıb, lakin Yeni Dehli Ukrayna münaqişəsinin həllində özünü vasitəçi kimi görmür.
TodayPress xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin rəhbəri Subrahmanyam Caişankar Böyük Britaniyaya səfəri zamanı deyib.
O, həmçinin Hindistanın Ukrayna və Rusiya ilə müxtəlif səviyyələrdə müntəzəm danışıqlar aparan nadir ölkələrdən biri olduğunu qeyd edib.
Caişankar əlavə edib ki, Moskva və Kiyev birbaşa danışıqlar aparmalıdırlar. Üçüncü dövlətlərin bu məsələyə qarışması məqsədəuyğun deyil. Hindistan Ukrayna münaqişəsində neytral mövqe tutub və Qərbin Moskvaya qarşı sanksiyalarına qoşulmayıb.
Türkan İsgəndərli
tag: Hindistan,Fransa,XİN,Ukrayna,Todaypress.az,