Hindistanda 6 uşaq çayda boğularaq öldü
Hindistanın Qərb bölgəsində yerləşən Gujarat ştatında eyni ailəyə mənsub altı uşaq çayda boğularaq həlak olub.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Hadisə aprelin 30-u axşam saatlarında güclü su axını olan çayda baş verib.
Uşaqlar çimmək üçün çaya girdikdən sonra axın onları aparıb.
Polisin verdiyi açıqlamaya əsasən, hər altı uşağın meyiti artıq tapılıb.
Qiymət Mahir
tag: Hindistan ,Gujarat ,Uşaq,Boğulma,todaypress.az,