Hindistanda dəmiryol stansiyasında 18 nəfər həlak oldu
Hindistanın paytaxtı Dehlidə yerləşən dəmiryol stansiyasında baş verən izdiham nəticəsində azı 18 nəfər həyatını itirib.
TodayPress xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Hadisə “Kumbha Mela” adlı kütləvi dini zəvvarlıq mərasimi zamanı baş verib. Bu, hindular üçün əhəmiyyətli sayılan müqəddəs yerlərə edilən böyük miqyaslı ziyarətdir. İzdiham insanların qatarlara minməyə çalışdığı anda yaranıb.
Həlak olanlar arasında 10 qadın və 3 uşaq da var. Bundan əlavə, 11 nəfər yaralanıb.
Qiymət Mahir
tag: Hindistan,Dehli,Dəmiryolu,Dünya,todaypress.az,