Hindistanda leopar can aldı

Dünya

05.05.2025 10:23

10

Hindistanın Maharaştra ştatında gənc qadın leoparın hücumuna məruz qalıb və aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

TodayPress “The Times of India”ya istinadla xəbər verir ki, 20 yaşlı Payal Çavan axşam saatlarında mal-qara üçün ot biçərkən arxadan ona hücum edən leoparın qurbanı olub. 

Yırtıcı onu sürüyüb aparmağa çalışıb, lakin qızın qışqırtıları ailə üzvlərinin diqqətini çəkib və onlar yardıma gəliblər. Nəticədə leopar hadisə yerindən qaçıb.

Ağır yaralanan Payal Çavan xəstəxanaya çatdırılsa da, artıq çox qan itirdiyindən həkimlər onun həyatını xilas edə bilməyiblər.

Meşə departamentinin nümayəndələri bildiriblər ki, həmin ərazidə leoparların görünməsi adi haldır. Su mənbələrinin və sıx əkin sahələrinin çoxluğu bu yırtıcıların gizlənməsi üçün əlverişli mühit yaradır.

Hadisədən sonra əraziyə müvafiq qurum əməkdaşları göndərilib və təhlükəsizliyin təmin olunması üçün tələ quraşdırılması planlaşdırılır.

Qiymət Mahir

tag: Hindistan,Maharaştra,Leopard,Qadın,todaypress.az,