Hindistanda qırıcı təyyarə qəzaya uğradı
Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Jaguar" qırıcı təyyarəsi Qucarat ştatının qərbində kənd ərazisinə düşüb.
TodayPress xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Təyyarənin pilotları texniki nasazlıqla üzləşib, aerodroma və yerli əhaliyə heç bir zərər vurmadan eniş ediblər.
Pilotlardan biri aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb, digərinin isə xəstəxanada müalicəsi davam edir.
Hadisə təlim uçuşu zamanı baş verib.
Araşdırmaya başlanılıb.
tag: Hindistan,Qırıcı,Təyyarə,Qəza,Todaypress.az,