Hindistanda silahlı insident: Ölənlər var

Dünya

29.03.2025 16:27

1737

Hindistanın idarə etdiyi Kəşmir regionunda silahlı insident baş verib. 

TodayPress xəbər verir ki, bu barədə Hindistanın təhlükəsizlik xidməti məlumat yayıb. 

Atışma nəticəsində dörd polis işçisi və iki terrorçu öldürülüb.

Aparılan əməliyyatlar nəticəsində daha iki terrorçu zərərsizləşdirilib. 

Qeyd edək ki, Kəşmir bölgəsi Hindistan və Pakistan arasında mübahisəli bir ərazidir.

Hər iki ölkə bu ərazi üzərində suverenlik iddia edir.   

Türkan İsgəndərli

tag: Hindistan,Kəşmir,Atışma,Ölüm,Todaypress.az,