Hindistanda zavodda partlayış: 13 nəfər öldü

Dünya

01.04.2025 16:50

754

Hindistanın qərbində yerləşən Qucarat ştatında pirotexniki məmulatlar istehsal edən fabrikdə baş verən güclü partlayış nəticəsində azı 13 nəfər həyatını itirib.

TodayPress xəbər verir ki, bu barədə “PTI” agentliyi məlumat yayıb. 

Hadisə Banaskanta sənaye zonasındakı müəssisədə qeydə alınıb.

Partlayış yerli vaxtla saat 09:45 radələrində baş verib.

Güclü səs nəticəsində zavodun divarlarından biri uçub.

Yerli administrasiya rəsmisi Mihir Patel bildirib ki, dağıntılar altından 13 nəfərin meyiti çıxarılıb.

Partlayış zamanı daha dörd nəfər xəsarət alıb. Yaralıların vəziyyətinin stabil olduğu açıqlanıb. İlkin məlumatlara görə, hadisə petardların hazırlandığı zaman baş verib.

Partlayışdan sonra ərazidə yanğın başlasa da, alovun qarşısı alınıb. Hazırda dağıntılar altında qalanların xilas edilməsi istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir. Məlumata əsasən, beş nəfər hadisə yerində, iki nəfər isə xəstəxanada dünyasını dəyişib. 

Qiymət Mahir

tag: Hindistan,Zavod,PArtlayış,İtki,Todaypress.az,