Hindistanın Baş naziri Tailanda səfər edəcək

Dünya

28.03.2025 10:15

2124

Tailand və Hindistan strateji tərəfdaşlıq quracaqlar. 

TodayPress xəbər verir ki, bu barədə Tailandın Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, aprelin 3-də Hindistanın Baş naziri Narendra Modi krallığa rəsmi səfər edəcək. 

Bu, Baş nazir Modinin Tailanda ilk rəsmi səfəridir.

Tərəflər ikitərəfli əlaqələri gücləndirmək, hərbi-siyasi əməkdaşlıq, ticarət, elm və innovasiyalar, o cümlədən kosmik texnologiya kimi müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edəcəklər.   

Türkan İsgəndərli

tag: Hindistan,Baş nazir,Narendra Modi,Səfər,Todaypress.az,