Hindistanın qızıl idxalı artdı
Hindistan 2024-cü ildə 58,1 milyard dollar dəyərində 812 ton qızıl idxal edib.
TodayPress xəbər verir ki, bu barədə ölkənin Ticarət və Sənaye Nazirliyi məlumat verib.
Bildirilib ki, fiziki ifadədə idxal 9%, dəyər ifadəsində 36% artıb. Əsas tədarükçüləri isə İsveçrə və Birləşmiş Ərəb Əmirlikləri olub.
Hindistanın Ticarət və Sənaye Nazirliyi 2024-cü ilin yanvar-noyabr ayları üçün qızıl idxalı məlumatlarını ikiqat sayma səbəbiylə səhv ehtiva etdiyi üçün bir neçə dəfə yenidən nəzərdən keçirib.
Dünya Qızıl Şurasının (WGC) analitiki Kavita Çakko fərqi 12 milyard dollar və ya 82 ton qiymətləndirib.
Qeyd edək ki, Hindistan dünyanın ən böyük qızıl istehlakçılarından biridir. “WGC”nin məlumatına görə, 2024-cü ildə Hindistanda qızıla olan istehlak tələbi 803 ton təşkil edib, daha 73 ton isə ölkənin mərkəzi bankı olan Hindistan Ehtiyat Bankı tərəfindən alınıb.
Aysel Mətləb
tag: Hindistan,Qızıl,İdxal,Artım,Todaypress.az,