Hindistanın valyuta ehtiyatlarında AZALMA
Hindistanın xarici valyuta ehtiyatları mayın 2-də başa çatan həftə ərzində 2,07 milyard ABŞ dolları azalaraq 686,06 milyard dollara düşüb.
TodayPress xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankı məlumat yayıb.
Bu, ardıcıl səkkiz həftəlik artımdan sonra valyuta ehtiyatlarında baş verən ilk azalma kimi qeydə alınıb.
Məlumata əsasən, xarici valyuta aktivləri 514 milyon dollar artaraq 581,177 milyard dollara yüksəlsə də, qızıl ehtiyatları 2,545 milyard dollar azalaraq 81,820 milyard dollara enib.
Həmçinin, xüsusi borcalma hüquqları (SDR) 30 milyon dollar azalaraq 18,558 milyard dollara, Hindistanın Beynəlxalq Valyuta Fondundakı (IMF) rezerv mövqeyi isə 3 milyon dollar azalaraq 4,509 milyard dollara düşüb.
Töhfə Səməd
tag: Hindistan,Xarici valyuta ,ABŞ dolları,todaypress.az,