Hipper: "Rusiya ABŞ-nin sülh təşəbbüslərinə hörmət etmir"
"Rusiya Ukrayna ərazisinə mütəmadi olaraq hücum etməklə ABŞ-nin sülh təşəbbüslərinə hörmətsizlik nümayiş etdirir".
TodayPress xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Anita Hipper deyib.
Onun fikrincə, Rusiya sülh təşəbbüslərinə maraq göstərmir və onlara hörmətsizlik nümayiş etdirir.
Hipper hesab edir ki, dünya Rusiya prezidenti Vladimir Putinlə münasibətdə yaxın olmamalıdır.
O, həmçinin bildirib ki, Avropa sülh üçün Ukraynanı gücləndirməlidir.
Türkan İsgəndərli
tag: Anitta Hipper,Avropa Komissiyası,Rusiya,Ukrayna,Todaypress.az,