“Hizbullah” lideri: "Biz döyüşçülərimizin tərksilah edilməsinə icazə verməyəcəyik"

Dünya

19.04.2025 06:31

17

“Hizbullah”ın baş katibi Naim Qasım Livanın cənubunda müqavimət qüvvələrinin tərksilah edilməsinə icazə verməyəcəyi barədə xəbərdarlıq edib.

TodayPress xəbər verir ki, o, bu barədə “Əl Manar” kanalına müsahibəsi zamanı danışıb.

“Biz heç kimin döyüşçülərimizdən silah almasına icazə verməyəcəyik və buna güc yolu ilə cəhd edilərsə, cavab verəcəyik. Biz vətəndaş qarşıdurmasına yol verməyəcəyik” o bildirib.

tag: Hizbullah, Döyüş, Xəbərdarlıq,Naim Qasım ,Livan, todaypress.az,