Hollandiya Ukrayna üçün 150 milyon avro ayırdı

Dünya

12.04.2025 06:12

14

Hollandiya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün daha 150 milyon avro ayıracaq.

TodayPress xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ruben Brekelmans öz “X” hesabında məlumat verib.

O bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski tərəfdaşlarından hava məkanını qorumaq üçün daha çox vəsait istəyib.

"Buna görə də mən hava hücumundan müdafiə üçün (I-Hawk sistemi) daha 150 milyon avro elan edirəm. Biz həmçinin F-16 qırıcılarını və Patriot sisteminin kritik elementini də tədarük edirik. İnsanların həyatını xilas etmək üçün Ukraynanı dəstəkləməyə davam edirik" o bildirib.

tag: Hollandiya, Ukrayna, Avro, Hava Hücumu, Ruben, Zelenski, F-16, todaypress.az,