Husi müxalifləri Yəməndə quru əməliyyatına hazırlaşır
“Ənsar Allah” (husilər) hərəkatının əleyhdarları Yəməndə quru əməliyyatı keçirməyə hazırlaşır.
TodayPress xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "CNN" telekanalı məlumat yayıb.
Güman edilir ki, ölkənin cənub və şərqində başlayacaq əməliyyat Hodeyda limanına nəzarətin bərqərar olması üçün ABŞ və Səudiyyə Ərəbistanı da daxil olmaqla dənizdən dəstək ala bilər.
Analitiklər hesab edirlər ki, ABŞ-dən yalnız kiçik sayda xüsusi təyinatlılar quru əməliyyatında iştirak edə bilər, onların əsas vəzifələri hədəfin təyin edilməsi və hava hücumlarının tənzimlənməsi olacaq.
Qeyd edək ki, martın 15-də ABŞ prezident Donald Trampın göstərişi ilə Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən Husi hədəflərinə kütləvi zərbələr endirməyə başlayıb. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, əməliyyat Amerikanın maraqlarını qorumaq və naviqasiya azadlığını təmin etmək məqsədi daşıyır. Buna cavab olaraq “Ənsar Allah” hərəkatı Qırmızı dənizin şimalında ABŞ-nin “Harry Truman” aviadaşıyıcısına raket və pilotsuz təyyarələrdən istifadə edərək silsilə hücumlar həyata keçirib. Zərbələr nəticəsində gəmiyə dəyən ziyan barədə məlumat verilməyib.
Töhfə Səməd
tag: Ənsar Allah,Husi,Yəmən,ABŞ,todaypress.az,