Husilər ABŞ-nin gəmisinə zərbə endirdi

Dünya

19.03.2025 10:16

1798

Husilər Qırmızı dənizdə ABŞ-nin hərbi təyyarədaşıyan "USS Harry Truman" gəmisinə hücum edib. 

TodayPress xəbər verir ki, bu barədə Husi Silahlı Qüvvələrin nümayəndəsi Yəhya Səriya bildirib. 

O, hücumun bir neçə qanadlı raket və pilotsuz uçan aparatlardan istifadə edilərək həyata keçirildiyini qeyd edib.

Nümayəndə həmçinin bildirib ki, bu, 72 saat ərzində dördüncü zərbədir. 

Qeyd edək ki, martın 15-də ABŞ prezidenti Donald Trampın əmri ilə husilərə qarşı hərbi əməliyyatlar başlayıb. 

Türkan İsgəndərli

tag: ABŞ,Husilər,Yəmən,Gəmi,Zərbə,Todaypress.az,