Husilər ABŞ qüvvələrinə zərbə endirdi
Husilər Qırmızı dənizdə ABŞ qüvvələrinə hücum ediblər.
TodayPress xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Sariya deyib.
Onun sözlərinə görə, təşkilat “USS Harri Truman” aviadaşıyıcısına və onu müşayiət edən gəmilərə zərbə endirib.
Sariya bildirib ki, ABŞ Yəmənə qarşı təcavüzünü davam etdirərsə, daha böyük hücumlar olunacaq.
Qeyd edək ki, martın 15-də ABŞ prezidenti Donald Trampın əmri ilə husilərə qarşı hərbi əməliyyatlar başlayıb.
Türkan İsgəndərli
tag: ABŞ,Yəmən,Husilər,Hücum,Todaypress.az,