Husilər İsrail Hərbi-Hava Qüvvələri bazasına hücum etdilər

Dünya

27.04.2025 12:54

17

Yəməndəki şiə hərbi-siyasi hərəkatı Ənsar Allah (Husilər) İsrailin cənubunda yerləşən Nevatim aviabazasına 24 saat ərzində ikinci raket hücumu həyata keçirdiklərini açıqlayıb.

TodayPress xəbər verir ki, hücum hipersəs ballistik raketlə icra olunub və uğurla yerinə yetirildiyi bildirilir.

Bir gün əvvəl də husilər eyni bazaya raket zərbəsi endirdiklərini bildirmişdilər. İsrail Müdafiə Qüvvələri isə Yəməndən atılan raketin hava məkanına daxil olmamışdan əvvəl məhv edildiyini açıqlayıb.

Daha əvvəl husilər Tel-Əvivdəki Ben-Qurion hava limanını da hədəf aldıqlarını bəyan etmişdilər.

Türkan İsgəndərli

tag: Yəmən,Husi,ABŞ,Raket,todaypress.az,