Husilər Təl-Əviv və Aşkelon şəhərlərində hərbi hədəfləri vurub
Yəmən hərəkatının husi üsyançıları İsrailin Aşkelon və Təl-Əviv şəhərlərindəki hədəflərə pilotsuz uçuş aparatları ilə zərbə endiriblər.
TodayPress xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Sari bildirib.
"Yəmənin pilotsuz sistem qüvvələri pilotsuz uçan aparatlardan istifadə etməklə iki hərbi əməliyyat keçirib. Birinci əməliyyat zamanı işğal altındakı Yaffa rayonunda İsrailin mühüm obyektinə hücum edilib. İkinci əməliyyatda isə işğal altında olan Aşkelon rayonunda İsrailin mühüm obyekti hədəf alınıb" o vurğulayıb.
Aynur TAC
tag: Yəmən, İsrail, Hücum, Pilotsuz Aparat, todaypress.az,