Husilər Təl-Əviv yaxınlığındakı hərbi obyekti vurdular
Yəmənin “Ənsar Allah” hərəkatı İsrailin Təl-Əviv bölgəsindəki hərbi obyektinə pilotsuz təyyarə ilə zərbələr endirib.
TodayPress xəbər verir ki, bu haqda hərakatın sözçüsü Yəhya Səriyə “Al Masirah” telekanalına məlumat verib.
"Silahlı qüvvələrimiz Yaffa bölgəsində (Tel-Əviv) pilotsuz uçan aparatdan istifadə edərək İsrailin hərbi obyektini məhv etmək üçün əməliyyat həyata keçirib" hərəkatın nümayəndəsi bildirib.
tag: Ənsar, Yəmən, İsrail, Pilotsuz Təyyarə,Yaffa ,todaypress.az,