“Hyundai” fiziki düymələrdən imtina etməyəcək

Dünya

04.04.2025 17:35

1771

“Hyundai” avtomobil sənayesindəki trendlərin əksinə olaraq, yeni nəsil modellərində fiziki düymələrdən imtina etməməyi qərara alıb.

TodayPress xəbər verir ki, bu barədə “Autocar” Seul avtosalonunda şirkətin dizayn üzrə vitse-prezidenti Saymon Loasbinin çıxışına istinadla məlumat yayıb.

Loasbi bildirib ki, “Hyundai”nin yeni nəsil salon konsepsiyası təhlükəsizliyi ön plana çəkərək sürücünün diqqətinin yolda qalmasını təmin etməyə yönəlib:

“Biz başa düşdük ki, mərkəzi sensor ekran sürücünü əsas hədəfdən – yoldan yayındırır.

Əslində, məqsəd ekranlara baxmaq yox, baxış səviyyəsini qoruyaraq yola diqqəti yönəltməkdir”.

Onun sözlərinə görə, tez-tez istifadə olunan funksiyaların fiziki düymələr şəklində qalması vacibdir, çünki sürücü onları ekrana baxmadan, birbaşa idarə edə bilməlidir:

“Bu, bizim əsas fəlsəfəmizdir – göz yolda, əllər sükan üzərində”. Şirkətin dizayn rəhbəri Lyuk Donkervolk da fikri dəstəkləyərək qeyd edib ki, salonun quruluşunda ekran ölçüsünün düzgün seçilməsi də önəmli faktorlardandır. 

“Məlumatı kifayət qədər aydın göstərən, lakin sürücünün diqqətini yayındırmayan əsas ekran budur” deyə o bildirib.

Yeni konsepsiya həmçinin sensor interfeysin sadələşdirilməsi və ekran ölçüsünün kiçildilməsi kimi dəyişiklikləri də əhatə edə bilər.

Qiymət Mahir

tag: Hyundai,Yaponiya,Şirkət,Düymə,Todaypress.az,