İBB istintaqı çərçivəsində saxlanılanların sayı açıqlandı
İstanbul Böyük Şəhər Bələdiyyəsi (İBB) barədə başladılan istintaq çərçivəsində 323 nəfər şübhəli şəxs saxlanılıb.
TodayPress xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya öz sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, ictimai asayişi pozan təşəbbüslərə imkan verilməyəcək.
Xatırladaq ki, İBB-nin sədri Əkrəm İmamoğlu martın 20-də saxlanılıb. O, bir neçə terrorçuya yardım etməkdə ittiham olunur.
tag: İstanbul Böyük Şəhər Bələdiyyəsi ,Ali Yerlikaya,Əkrəm İmamoğlu,todaypress.az,