İBB-yə qarşı korrupsiya istintaqında 3 şirkət müsadirə edildi
Əkrəm
İmamoğlunun həbs olunduğu İstanbul Böyükşəhər Bələdiyyəsi ilə
bağlı korrupsiya istintaqı davam edir.
TodayPress xəbər verir ki, istintaq çərçivəsində İmamoğlunun kassası
kimi tanınan Əli Nuhoğluna məxsus tikinti şirkəti -
"Nuhoğlu İnşaat", "İSCON İnşaat" və "Trend
İnşaat" müsadirə edilib.
İstanbul Baş
Prokurorluğunun İstanbul Böyükşəhər Bələdiyyəsi və bələdiyyə sədri Əkrəm
İmamoğluna qarşı terror və korrupsiya iddiaları ilə bağlı apardığı iki ayrı
istintaqda ofisindən 1 milyon 300 min dollar ələ keçirilən “Nuhoğlu İnşaat”ın
sahibi Əli Nuhoğlu da həbs edilib.
tag: İBB, Əkrəm İmamoğlu, Bələdiyyə, Müsadirə, Bina, Korrupsiya, todaypress.az,