İcraçı katib: "Baltikyanı və Skandinaviya ölkələrini başqa dövlətlər idarə edir"

Dünya

10.03.2025 17:03

1859

"Baltikyanı (Estoniya, Latviya və Litva) və Skandinaviya ölkələri (Danimarka, Finlandiya, İslandiya, Norveç və İsveç) suverenlikdən məhrumdur və dərin dövlət tərəfindən idarə olunur".   

TodayPress xəbər verir ki, bunu hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.   

O bildirib ki, Litva, Estoniya və ya İsveç hökumətlərinin xarici işlər nazirlikləri və digər idarələri yoxdur. Katib bu ölkələrin öz suverenlik və güclərindən tamamilə məhrum edildiyini hesab edir. 

Mdinaradze əlavə edib ki, Gürcüstana təzyiqlər də hansısa bir ölkənin hökuməti tərəfindən deyil, dərin dövlət tərəfindən həyata keçirilir. 

Xatırladaq ki, 2025-ci ilin yanvarında Gürcüstanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti təşkilatın Gürcüstandakı fəaliyyətini dayandırıb.   

Türkan İsgəndərli

tag: Mamuka Mdinaradze,İcraçı katib,Gürcüstan,AŞPA,Todaypress.az,