İddia: Ər-Riyadda Ukraynanın mövqeyinə görə bəyanat qəbul olunmayıb
Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda keçirilən danışıqlardan sonra birgə bəyanatın qəbul olunmamasının səbəbi Ukraynanın mövqeyi ilə bağlıdır.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Vladimir Çijov “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
“Onlar 12 saat ərzində oturub müzakirə etdilər və birgə bəyanatı razılaşdırdıqlarına dair məlumatlar var. Lakin Ukraynanın mövqeyinə görə bu sənəd qəbul olunmadı. Bu, çox xarakterik və əlamətdar haldır” deyə Çijov qeyd edib.
O, danışıqların konkret məzmunu barədə danışmaqdan imtina edərək, detallarla bağlı rəsmi açıqlamaları gözləməyi tövsiyə edib.
“Əsas məqam odur ki, belə bir dialoq baş tutdu. Bu, Rusiya ilə ABŞ arasında təmaslar zəncirində növbəti halqadır və bu mərhələyə iki ölkə prezidentlərinin telefon danışığı ilə start verildi. Mən bunu müsbət dəyərləndirirəm” deyə senator əlavə edib.
Qiymət Mahir
tag: ABŞ,Rusiya,Ukrayna,Ər-Riyad,Danışıqlar,Todaypress.az,