İddiaçılar Tramp administrasiyasını məhkəməyə verdi
ABŞ-nin Diplomatik Xidmət Təşkilatı və Dövlət Xidmətçiləri Federasiyası Kolumbiya dairə məhkəməsində prezident Donald Tramp administrasiyasına qarşı iddia qaldırıb. İddiaçılar USAID-in bağlanmasını dayandırmağa çalışır.
TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
İddialara görə, Tramp administrasiyasının konstitusiya və qanunlara zidd addımlar atdığı bildirilir.
“Bu addımlar qlobal humanitar böhran yaradıb, USAID əməkdaşları, qrant alanlar və podratçıların mühüm işini dayandırıb. Minlərlə amerikalının işini itirməsinə səbəb olub və ABŞ-nin milli təhlükəsizlik maraqlarını təhlükəyə atıb” iddia ərizəsində qeyd olunur.
Bildirilir ki, yalnız ABŞ Konqresi USAID-in bağlanmasına qərar verə bilər. Buna görə də, məhkəmədən Tramp administrasiyasının tədbirlərini qanunsuz elan etməsini və USAID-in fəaliyyətinin Konqresin təsdiqi olmadan dayandırılmasını qadağan etməsini tələb edirlər.
İddiada USAID-in müstəqil rəhbərinin təyin edilməsi, qurumun binalarının yenidən açılması, sistemlərinin və veb səhifələrinin bərpası, qrant və müqavilələrin yenidən aktivləşdirilməsi, işçilərin məcburi məzuniyyətə göndərilməsinin dayandırılması, işdən çıxarılma və təxliyə əmrlərinin ləğvi kimi tələblər irəli sürülüb.
Qiymət Mahir
tag: Tramp,ABŞ,Dünya,Məhkəmə,Todaypress.az,