İki amerikalı əsgər Meksika ilə sərhəddə həlak oldu
ABŞ-nin Nyu-Meksiko ştatında baş verən avtomobil qəzası nəticəsində Meksika sərhədində patrul xidməti həyata keçirən iki amerikalı hərbçi həlak olub, biri isə yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Şimal Komandanlığının mətbuat xidməti məlumat yayıb.
Hadisə aprelin 15-də yerli vaxtla saat 08:50 radələrində Santa Teresa şəhəri yaxınlığında baş verib. Qəzanın təfərrüatları barədə məlumat verilmir.
Yaralanan əsgər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
“The Washington Post” qəzetinin yazdığına görə, bu, ABŞ Prezidenti Donald Trampın Meksika ilə sərhəddə nəzarəti gücləndirmək üçün başlatdığı missiya çərçivəsində ilk ölümcül insidentdir.
Nəşrin mənbələri qəzaya düşən əsgərlərin dəniz piyadaları olduğunu və Kaliforniyadakı “Camp Pendleton” hərbi bazasında xidmət etdiklərini bildiriblər.
tag: ABŞ,Meksika,Əsgər,Ölüm,Todaypress.az,