İlon Mask ABŞ ailələrinə 5 min dollar ödəməyi düşünür

Dünya

20.02.2025 17:20

2444

Amerikalı milyarder İlon Mask rəhbəri olduğu Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) əmanətlərindən istifadə edərək, vergi öhdəliklərini artıqlaması ilə yerinə-yetirən amerikalı ailələrə 5 000 dollar “dividend” qaytarmağı düşünür.

TodayPress xəbər verir ki, o, bu barədə "X" sosial platformasında paylaşımlardan birinə cavabında yazıb.

Xüsusilə, 36 trilyon dollarlıq böyük borc və Respublikaçıların hazırda nəzərdən keçirdiyi 4,5 trilyon dollarlıq vergi ixtisarı fonunda bunun mümkün olub-olmayacağı hələlik sual altındadır.

"DOGE" dividendinin ictimaiyyətə paylanması ideyası ilk dəfə "Azoria" investisiya şirkətinin baş direktoru və "DOGE"un məsləhətçisi Ceyms Fişbek tərəfindən "X" platformasında irəli sürülüb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) yığımlarının 20 faizini amerikalılara verməyi nəzərdən keçirdiklərini açıqlayıb.

Nicat Osman

tag: Mask,DOGE,Dollar,Tramp,Todaypress.az,