İlon Mask: “ABŞ başqa ölkələrin daxili işlərinə qarışmamalıdır”

Dünya

13.02.2025 15:20

1297

ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri İlon Mask Dubayda keçirilən Dünya Hökumət Sammitində Amerika Birləşmiş Ştatlarının başqa ölkələrin daxili işlərinə qarışmaqdan çəkinməli və diqqətini öz daxili problemlərinə yönəltməli olduğunu deyib. TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat verib.

Onun sözlərinə görə, ölkədə uzunmüddətli iqtisadi artımı təmin etmək üçün dövlət xərclərini azaltmaq lazımdır.

"Birləşmiş Ştatlar beynəlxalq məsələlərdə iddialı olub. Düşünürəm ki, başqa ölkələrin işlərini öz ixtiyarına buraxmalıyıq. Amerika öz işləri ilə məşğul olmalı, digər ölkələrdə rejim dəyişikliyini təşviq etməyə çalışmamalıdır" deyə Mask vurğulayıb.

“Tesla” şirkətinin qurucusu, səmərəsiz xərcləri aradan qaldırmaqla ABŞ-nin büdcə kəsirini 2 trilyon dollardan 1 trilyon dollara endirməyin mümkün olduğunu qeyd edib.

Nicat Osman

tag: İlon Mask,ABŞ,DOGE,İqtisadi artım,Todaypress.az,