İlon Mask ABŞ hökumətini ittiham etdi

Dünya

11.02.2025 16:13

1689

“Birləşmiş Ştatlarda sosial təminat fırıldaqları amerikalıların törətdiyi bütün maliyyə cinayətlərinin cəmini üstələyən böyük ölçülərə çatıb”.

TodayPress xəbər verir ki, bu barədə iş adamı və ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri İlon Mask “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. 

"100% əminəm ki, federal müavinətlərdə fırıldaqçılıq miqyası indiyə qədər eşitdiyiniz bütün fərdi fırıldaqçılıq hallarının ümumi məbləğini üstələyir" deyə iş adamı bildirib.

Onun sözlərinə görə, sosial təminat sektorunda qanun pozucularına qarşı qanuni tədbirlər görülməlidir. 

Xatırladaq ki, bundan əvvəl Mask demişdi ki, büdcə pullarını “sərxoş dənizçilər” kimi xərcləməyi dayandırmaq lazımdır, əks halda ölkə iflasla üzləşəcək.

Aysel Mətləb

tag: ABŞ,İlon Mask,Dünya,Fırıldaqçılıq,